İrlandiya millisinin müdafiəçisi Şeyn Daffi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, Daffi Bakıdakı 3:0 hesablı qələbəni belə şərh edib:
“Gözləri olan hər kəs görə bilər ki, bizdə inkişaf gedir. Doğrudu, hələ ki, nəticə göstərə bilmirik. Amma düzgün futbol oynamağa çalışırıq. Bunu da hamı görür. Məqsədimizə yavaş-yavaş yaxınlaşırıq”.
