Serbiya millisinin futbolçusu Sergey Milinkoviç-Saviç DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl yerli mətbuata danışıb.
Sportal.az xəbər verir ki, o, millimizdə görüşdə 3 xal qazanacaqlarının əminliyindən söz açıb:
“Lüksemburqla görüşdə problemlərimiz oldu. Amma vacib olan pis oynayanda da qələbə qazanmaqdı. Azərbaycan kimi komandalarla oyunda 3 xal qazanmaq mütləqdi. Portuqaliya ilə vacib oyunöncəsi intriqanı saxlamaq üçün sabah qalib gəlməliyik. Bu oyun qrupdakı final matçına mane olmamalıdı”.
