Neymar karyerasını bitirməyə hazırlaşır: tarixi açıqladı

15:22 - 11 Oktyabr 2021

Braziliya milli komandasının futbolçusu Neymar karyerası ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatının onun yığma ilə sonuncu turmiri olacağını deyib:

 

"Düşünürəm ki, DÇ-2022 mənim son böyük turnirim olacaq. Çünki zehni olaraq futbola daha çox dözə biləcəyimi bilmirəm. Oraya çox yaxşı getmək üçün əlimdən gələni edəcəyəm. Ölkəmlə birlikdə qazanmaq və uşaqlığımdan bəri ən böyük arzumu həyata keçirmək üçün çalışacağam."

 

Qeyd edək ki, Neymar Braziliya millisinin heyətində meydana çıxdığı 113 oyunda 69 qol vurub.

Xəbər xətti