Kurtua UEFA-nı tənqid etdi: "Biz nə vaxt dincələcəyik?"

16:01 - 11 Oktyabr 2021

Belçika millisinin qapıçısı Tibo Kurtua UEFA-nı tənqid edib. 

 

Sportal.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" Millətlər Liqasının UEFA üçün qazanc mənbəyi olduğunu bildirib:

 

"UEFA Millətlər Liqası tamamilə pula bağlıdır. Dürüst olmaq lazımdır. Bu matçları oynayırıq, çünki, UEFA üçün əlavə pul deməkdir. Dünya çempionatı və Avropa çempionatını bir ildən bir keçirmək istəyirlər. Biz nə vaxt dincələcəyik? Heç vaxt".

 

Qeyd edək ki, Belçika millisi Millətlər Liqasının 3-cü yer uğrunda keçirilən oyununda İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Xəbər xətti