"Qarabağ"ın legioneri Norveçlə matçda meydandan qovuldu - VİDEO

10:34 - 12 Oktyabr 2021

"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinin heyətində növbəti matçına çıxıb.

Sportal.az xəbər verir ki, müdafiəçi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirilən oyunun iştirakçısı olub.

Veşoviç komandasının səfərdə 0:2 hesabı ilə məğlub olduğu görüşə start heyətində meydana çıxıb. O, matça əlavə edilmiş dəqiqələrdə qısa zamanda 2 sarı vərəqə alaraq meydandan qovulub.

Xəbər xətti