"Nyukasl" heyətini uelsli futbolçu ilə gücləndirmək niyyətindədi.
Sportal.az xəbər verir ki, ərəblərin klubu almasından sonra maliyyə şərtləri yaxşılaşan "Nyukasl"da Aaron Remzinin transfer ediləcəyi ehtimal olunur.
"Yuventus"da xoşbəxt olmayan uelsli İngiltərəyə qayıtmağa can atır. “Qoca sinyora” da Remzini azad agent kimi buraxmağa hazırdı. Klub onun yüksək maaş yükündən qurtulmaq üçün bu addımı atacaq. Remzinin illik maaşı 7 milyon avrodu.
