Xorvatiya yığmasının çalışdırıcısı: "Azərbaycanda evdə daha yaxşı oynayacaq"

13:10 - 12 Oktyabr 2021

Xorvatiyanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi İqor Bişcan AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oynayacaqları matçdan əvvəl ölkəsinin mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu Sumqayıtdakı görüşün çətin keçəcəyindən söz açıb:

“Norveçlə oyundan sonra Azərbaycana çatmaq üçün uzun yol qət etdik. Bu cür səfərdən sonra oyun asan olmayacaq. Futbolçuların oyunun ciddiliyini anlaması üçün hər şeyi edəcəyik. Komanda əvvəlki 3 oyuna bütün ciddiyyətilə yanaşmışdı. Bundan razıyam. Ona görə də 100 faizli nəticə göstərə bildik. Azərbaycanla oyuna da eyni ciddiyyətlə yanaşmalıyıq. Öz meydanımızda onları məğlub edə bildik. Azərbaycan evdə daha yaxşı oynayacaq”.

Xəbər xətti