Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu buna DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
"Barselona"nın forvardı bu görüşdə dubla imza ataraq təqvim ilində millidə 13-14-cü qollarını vurub. Beləliklə, Depay Patrik Klyuvertin 12 qolluq rekordunu qırıb.
