"Xorvatiyaya qarşı matçda maksimum nəticə qazanmağa çalışacağıq"

15:50 - 12 Oktyabr 2021

"Xorvatiya matçına ciddi hazırlaşmışıq. Matça tam olaraq hazırıq. Rəqibin kimliyindən asılı olmayaraq bütün oyunlara maksimum nəticə üçün çıxırıq. Xorvatiyaya qarşı da matçda meydana çıxaraq yaxşı oyun göstərərək, maksimum nəticə qazanmağa çalışacağıq".

​Bu sözləri Sportal.az saytına açıqlamasında 21 yaşlılardan ibarət yığma komandamızın kapitanı Rauf Hüseynli deyib.


O, AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində bu gün Xorvatiyaya qarşı keçirəcəkləri oyunla bağlı danışıb: "Xorvatiya həqiqətən çox səviyyəli, yaxşı, təşkilatlanmış komandadı. Futbolçuları çox səviyyəli klublarda oynayır. Ancaq bu belə biz qorxutmur. Xorvatiyani analiz etmişik və ilk oyunla müqayisədə  taktiki cəhətdən daha hazırlıqlı olacağıq. Səbrli və diqqətli oynamalıyıq".

Xəbər xətti