Argentina millisinin sabiq forvardı Hernan Krespo “Sao Paolo”nun baş məşqçi postunu tərk edib.
Sportal.az xəbər verir ki, komanda hazırda Braziliya A seriyasında 14-cü pillədə qərarlaşıb.
Fevralın 12-də onunla 2 illik müqavilə imzalanılsa da, klub onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Krespo “Parma”, “İnter” və “Çelsi”də də oynayıb. 46 yaşlı mütəxəssis məşqçi kimi “Modena”, “Banfild”, “Defensa Xustika” klublarını çalışdırıbı.
