Dadaşov qol vurdu, komandası heç-heçə etdi

10:08 - 14 Oktyabr 2021

Almaniyanın Qərb Regional Liqasında 11-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin forvardı Rüfət Dadaşovun çıxış etdiyi “Şalke”nin 2-ci komandası "Fortuna"nı (Köln) qəbul edib və matç 1:1 hesabı ilə nəticələnib.

Start heyətində meydana çıxan Rüfət sona qədər meydanda qalıb. "Şalke"nin yeganə qolunu da Dadaşov vurub. Forvard 83-cü dəqiqədə penalti zərbəsindən düzgün istifadə edib.

​“Şalke 2” bu nəticədən sonra 12 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti