"Mançester Siti"nin forvardı zədələndi

11:03 - 15 Oktyabr 2021

"Mançester Siti"nin futbolçusu Ferran Torres zədələnib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin ayağının sındığı bildirilib.

İspanın ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacağı qeyd olunub.

Torres bu mövsüm 4 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib. 

Xəbər xətti