Futbolçu komandasının avtoqoluna sevinib?

11:58 - 15 Oktyabr 2021

Ukrayna Futbol Assosiasiyası I Liqada çıxış edən "Kremen" klubunun futbolçusu Vitali Boyko ilə bağlı intizam işi açıb.

Sportal.az xəbər verir ki, buna 24 yaşlı yarımmüdafiəçinin "Ujqorod"a 0:2 hesabı ilə uduzduqları səfər matçında komanda yoldaşının öz qapısına vurduğu qola sevinməsi səbəb olub.

Ukraynalı oyunçu bunu təkzib edib, əksinə avtoqola görə əsəbiləşdiyini bildirib.

Məsələ ilə bağlı araşdırma davam edir.

Xəbər xətti