"Legiya"nın baş məşqçisi Mahirin barədə nə dedi?

14:25 - 15 Oktyabr 2021

"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç milli komandamızın hücumçusu Mahir Emrelinin durumu və Polşa çempionatının 11-ci turunda “Lex”ə qarşı oynayıb-oynamayacağına aydınlıq gətirib.

Sportal.az xəbər verir ki, Varşava klubunun çalışdırıcısı millimizin forvardının durumunun yaxşı olduğunu deyib:

"Mahir Emreli sağlamdı. O, peyvənd də olunub. Mahir əlavə baxışlardan da keçdi və o, “Lex”ə qarşı oynaya bilər. Düşünürəm ki, o, yaxşı oyun keçirəcək".

​Xatırladaq ki, Azərbaycan millisinin düşərgəsində olduğu zaman ilk koronavirus testi pozitiv çıxdığından Mahir DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda meydana çıxa bilməmişdi. Halbuki onun növbəti 2 testi neqativ çıxmışdı.

Xəbər xətti