Konfrans Liqasının H qrupunda “Qarabağ”ın rəqibi olan “Kayrat”da futbolçularla baş məşqçi arasında gərginlik olması barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Almatı təmsilçisi Rusiya mətbuatının iddiasını təkzib edib. Belə ki, Qazaxıstan klubu Kurban Berdıyevlə futbolçular arasında heç bir problemin olmadığını açıqlayıb: "Komanda bugünkü gündə tam olaraq qarşıdakı oyunlara hazırlaşır, hər şey qaydasındadı. Sabah “sarı-qaralar” Aktobenin eyniadlı komandasına qarşı oynayacaq”.
Xatırladaq ki, “Qarabağ” oktyabrın 21-də Konfrans Liqasının 3-cü turu çərçivəsində Tofiq Bəhramov stadionunda “Kayrat”ı qəbul edəcək. Matç 20:45-də start götürəcək.
