"Real" Xorvatiya millisinin kapitanı Luka Modriçlə müqaviləni uzatmaq istəyir.
Sportal.az xəbər verir ki, "kral klubu" xorvatiyalı ilə daha 1 illik müqavilə imzalamaq niyyətindədi. Belə ki, o, İspaniyada oynayaraq Qətərdə keçiriləcək Dünya çempionatında çıxış etmək istəyir.
Amma tərəflər hələ ki, danışığa başlamayıb. Əgər Modriçlə "Real" razılaşmasa, o, ABŞ-da özünə komanda axtaracaq.
