Azərbaycan milli komandasının forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Mahirin komandası 11-ci turda "Lex"i qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
"Legiya" hazırda 9 xalla 15-ci, "Lex" isə 21 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
