Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi "Arsenal" (Tula) növbəti matçını keçirib.
Tula təmsilçisi “Zenit”i qəbul edib. Ayazın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Quliyev də bu görüşün iştirakçısı olub. O, 76-cı dəqiqədə meydana çıxıb.
“Arsenal” geridə qalan 11 turda 12 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.
