Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”la qarşılaşacaq “Qarabağ” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi adıçəkilən stadionun ot örtüyünün dəyişdirilməsi səbəbindən avrokubok matçını BOS-da keçirib.
Komanda son dəfə Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə oyununu Tofiq Bəhramov stadionunda keçirmişdi. Stadionun hazırki ot örtüyünün normal olduğu görünür.
