"Birinci divizionda lap "qırğın" gedir, heç kim bir-birinə güzəşt etmir"

15:12 - 20 Oktyabr 2021

"Keşlə”nin müdafiəçisi, 4 oyunluq cəzadan sonra ötən turda meydana qayıdan Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib. 

Əliyev öncə 2 aya yaxın oyunlardan kənar qalması barədə danışıb: "4 oyunluq cəriməm başa çatdığına və yenidən meydanlara qayıtdığıma görə çox sevincliyəm. 50 gündən çoxdu idi ki, oynamırdım. "Səbail"lə matçın 2-ci hissəsi ağır getdi. Nə qədər məşq etsən, 1-ci divizionda oynasan da, oyun praktikasının az olmasının ağırlığını hiss etdim.

Sintetik meydança amili də var idi. Amma şükülər olsun qalib gəldik. Son oyunlarda daha yaxşı oynayırıq. Kənardan baxmaq daha çətindi, nəinki meydanda oynamaq. 55-56 gün etdi, oynamamaq çox çətin idi. Şükür Allaha geri qayıtdım. İlk oyunumda da qalib gəldik".

 

"Birinci divizionda 2 oyun oynadım. Orada daha çox qaçır uşaqlar, heç kim bir-birinə güzəştə etmir. Elə epizod olur ki, necə gəldi, ayağa "gedirlər". Orada lap "qırğın" gedir. Amma Premyer Liqa əlbəttə ki, səviyyəsi birinci diviziondan yüksəkdi. Yaxşı ki, tonusdan düşmədim" - deyə, Əliyev fikirlərini yekunlaşdırıb.

Xəbər xətti