İspaniyalı mütəxəssis: "Qarabağ"ın qalib gəlmək şansı daha çoxdu"

11:11 - 21 Oktyabr 2021

“Kayrat”ın sabiq baş məşqçisi Karlos Alos Ferrer Konfrans Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək matç haqda fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Ağdam təmsilçisinin matçın favoriti olduğunu bildirib:

“Qarabağ” matçın favoriti hesab edilir. Çünki evdə oynayır, həm də avrokuboklarda böyük təcrübəyə sahibdi. Məhz bu faktorlar “Kayrat”ın daha az təzyiq altında oynamasına kömək ola bilər. “Kayrat”ın qələbə şansı var. Çünki “Kayrat” da yaxşı komandadı. Ancaq “Qarabağ”ın qələbə şansı 40/ 60-dı. Yəni onların qalib gəlmək şansı daha çoxdu. “Qarabağ” daha çox topla oynayır və “Kayrat” buna hazır olmalıdı. 

Kurban Berdıyevin komandası hücumda bütün imkanlardan istifadə etməlidi. Hər zaman keçmiş komandalarıma azarkeşlik edirəm. Ümidvaram ki, “Kayrat” 2:1 hesabı ilə qalib gələcək. Amma bunu etmək asan olmayacaq”.

46 yaşlı mütəxəssis 2017/2018 mövsümündə "Kayrat"ını çalışdırıb.

Xəbər xətti