"Qarabağ" və "Kayrat"a qarşı oynamış futbolçular kimlərdi? - FOTO

13:55 - 21 Oktyabr 2021

Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü turu çərçivəsində “Kayrat”la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, əslində “Qarabağ” və “Kayrat”da əvvəllər fərqli klublarda oynasalar da, bir-birinə rəqib olan oyunçular var.

Ağdam klubunun heyətində avrokuboklarda oynamaq şansı tapmayan Emil Balayev əvvəllər “Kayrat”a qarşı çıxış edib. Bu, “Tobol”un heyətində çıxış etdiyi zamanda baş tutub. Balayev 2019-cu ildə 19-cu turda keçirilən görüşdə qapısından 5 qol buraxaraq, komandasının “Kayrat”a 3:5 hesablı məğlubiyyətinin iştirakçılarından olub.

Yeri gəlmişkən, Almatı klubundada da “Qarabağ”a qarşı ilk dəfə çıxış etməyəcək futbolçu var. Belə ki, “Kayrat”ın müdafiəçisi Maki Banyak 2018/2019 mövsümündə “Olimpiya”(Lyublyana) klubunun heyətində Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində çıxış edib. Banyak komandasının Bakıdakı 0:0 oynayıb, evdə 0:1 hesab ilə məğlubiyyəti olmasının iştirakçısıdı.


Xəbər xətti