"Omoniya"nın çalışdırıcısı: "Qrupdan çıxmaq şansımız "Qarabağ"la oyundan əvvəlkindən daha azdı"

14:21 - 21 Oktyabr 2021

“Omoniya”nın baş məşqçisi Henning Berq Konfrans Liqasının 3-cü turunda oynayacaqları “Bazel”ə qarşı oyunundan əvvəl mətbuata danışıb.

Sportal.az xəbər verir ki, norveçli mütəxəssis Nikosiya klubunun qrupdan çıxmaq şanslarını dəyərləndirib və “Qarabağ”la oyunu xatırlayıb:

"Növbəti oyunu səbirsizliklə gözləyirik. "Bazel"in büdcəsi bizdən 5-6 dəfə çoxdu. Rəqibin keyfiyyətli, səviyyəli komanda olduğunu bilirik.

Qrupdan çıxmaq şansımıza gəlincə, "Qarabağ"la oyundan əvvəlkindən daha azdı. Ancaq biz burada təcrübə toplamaq üçün gəlmişik”.

Xəbər xətti