"Qarabağ" "Kayrat"a qalib gələrək qrupdan çıxmaq məsələsini böyük ölçüdə həll edə bilər"

15:16 - 21 Oktyabr 2021

“Qarabağ”ın sabiq futbolçusu Ramal Hüseynov Sportal.az saytına açıqlama verib. Ağdam klubunun veteran futbolçusu komandanın Konfrans Liqasının 3-cü turu çərçivəsində “Kayrat”a qarşı oynayacağı matçdakı şanslarını dəyərləndirib: 

“Qarabağ”a bugünki oyunda uğurlar arzulayıram. Düşünürəm ki, “Qarabağ” qələbə qazanacaq. Bu görüşdə əsas üstünlüyümüz evdə, öz azarkeşləri qarşısında oynamasıdı. Bu da böyük amildi. Qələbəyə daha çox yaxın ola bilərik.

Hesabı deyə bilmərəm, ancaq “Qarabağ”ın qalib gələcəyinə inanıram. "Qarabağ" "Kayrat"a qalib gələrək qrupdan çıxmaq məsələsini böyük ölçüdə həll edə bilər. “Qarabağ” qrupdan çıxmağa hazırdı”.

Xəbər xətti