"Barselona" və "Mançester Siti" braziliyalı üçün mübarizə aparır

14:10 - 22 Oktyabr 2021

“Ayaks”ın yarımmüdafiəçisi Antoni karyerasını İspaniyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçuya “Barselona” təklif göndərib. Amma Kataloniya klubu üçün 21 yaşlı futbolçunu transfer etmək asan olmayacaq.

​Çünki onun xidmətində “Mançester Siti” də maraqlıdı. 2021-ci ildən Braziliyanın əsas millisində çıxış edən 2000-ci il təvəllüdlü futbolçu “Sao Paolo” yetirməsi hesab edilir. O, 2020-ci ildən “Ayaks”da oynayır.

Xəbər xətti