“Lans”ın yarımmüdafiəçisi Seko Fofana Fransa çempionatında sentyabrın ayının ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi 42 faizlə ən yaxşı adını qazanıb. 2-ci pillədə isə “Nitsa”nın üzvü Amin Quiri(30 %), 3-cü pilləni isə “Lion”un yarımmüdafiəçisi Lukas Paketa (28 %) tutub.
İlk peşəkar komandası “Mançester Siti” olan Fofana “Fulhem, “Bastiya”, “Udineze” klublarında oynadıqdan sonra, 2020-ci ildə “Lans”a keçib. O, Fil Dişi sahili millisinin üzvüdü.
saytlarin hazirlanmasi
