Millimizin üzvü ehtiyatda qaldı

11:00 - 23 Oktyabr 2021

Polşa çempionatında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Lex”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Krivotsyuk bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

​“Visla” 12 turdan sonra 13 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti