"Mançester Yunayted"in futbolçusu Bruno Fernandeş İngiltərə Premyer Liqasının 9-cu turunda "Liverpul"la oyunu buraxa bilər.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ole Qunnar Sulşer portuqaliyalı yarımmüdafiəçinin Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atalanta" ilə matçda (3:2) zədələndiyini deyib. O, futbolçunun hazır olmaq üçün əlindən gələni etdiyini söyləyib.
"Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 24-də keçiriləcək.
