Xavi baş məşqçi kimi 7-ci titulunu qazandı

15:24 - 23 Oktyabr 2021

Qətərin "Əl-Sədd" klubu növbəti kubokunu qazanıb.

Sportal.az xəbər verir ki,  Xavi Ernandes çalışdırdığı komanda Qətər Əmiri Kuboku uğrunda görüşdə “Əl-Rayyan”ı məğlub edib.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan “Əl-Sədd” (5:4) kuboku əldə edib.

Bu, Xavinin baş məşqçi kimi 7-ci titulu kimi tarixə keçib. 

 

Xəbər xətti