Azərbaycan Maltaya qarşı

10:32 - 26 Oktyabr 2021

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda "ASK Arena"da Malta millisi ilə qarşılaşacaq.

Qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

​18:00 Azərbaycan - Malta

Baş hakim: Reka Molnar

Baş hakimin köməkçiləri: Katalin Török, Noemi Hegedus-Barath

Dördüncü hakim: Reka Bognar

Xəbər xətti