Yığmamız növbəti oyununu keçirəcək

11:24 - 26 Oktyabr 2021

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da İtaliyada keçirəcək oyunda Polşa yığması ilə qarşılaşacaq. Qarşılaşmanı Şimali İrlandiyadan olan hakim idarə edəcək:

Baş hakim: Louise Thompson (Şimali İrlandiya)

Baş hakimin köməkçiləri: Victoria Finlay (Şimali İrlandiya), Doriana LO CALIO (İtaliya)

Dördüncü hakim: Silvia Gasperotti

Xəbər xətti