"Real"ın futbolçusu haqda: "O, əsl "Barselona" fanatı idi"

13:12 - 26 Oktyabr 2021

"Barselona"nın Braziliyadakı skautu Andre Kyuri "Real"ın futbolçusu Vinisuis Juniorun Kataloniya klubuna keçmək ehtimalının da olduğunu bildirib.

Sportal.az xəbər verir ki, skaut Vinisiusun “Barsa”ya deyil, “Real”a keçidini bu cür əsaslandırıb:

“Vinisius əvvəllər “Barsa”nı dəstəkləyirdi. “Barselona” PSJ-ni 6:1 hesabı ilə məğlub edəndə sevincindən ağlayırdı. Vinisius əsl “Barselona” fanatı idi. Onun bu kluba keçidi həll olunmuşdu. Hər 2 agenti də mənim yaxın dostlarım idi.

Bütün danışıqlar həll olunmuşdu, yalnız müqavilə imzalamaq qalmışdı. Amma sonda dostlarım mənə və kluba xəyanət etdi. Bu hadisə 2017-ci ildə baş vermişdi. O vaxtdan bu yana onlarla danışmıram”.

Xəbər xətti