Tyerri Anri: "Hələ ki, PSJ Mbappenin komandasıdı"

14:35 - 26 Oktyabr 2021

Fransa millisinin veteran futbolçusu Tyerri Anri Lionel Messinin PSJ-dəki adaptasiyası haqda danışıb.

Sportal.az xəbər verir ki, Anri Paris klubunun uğurlu çıxışında Kilian Mbappenin önəmli rol oynadığını bildirib:

“Messi az danışır, ona top daha maraqlıdı. Hələ ki, PSJ Mbappenin komandasıdı. Məhz onun sayəsində komanda güclü tərəflərini göstərir.

Komanda yoldaşları topla daima onu axtarır. İndi PSJ-nin yalnız bir dirijoru ola bilər. Əks halda komanda eyni tempdə hərəkət edə bilməz. Bu komandanın dirijorları isə həddən artıq çoxdu”.

Xəbər xətti