“Özümü “Sabah”da yaxşı hiss edirəm. İnkişaf etmək üçün imkanlar var. Əsas komandada oynamaq isə özümdən asılıdı. Ümidvaram ki, bunu edə biləcəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ruslan Pidlisnyak deyib. “Krasnodar” futbol akademiyasının yetirməsi olan Ruslan “Maşuk KMV”də oynadıqdan sonra “Sabah”la anlaşmışdı. Hazırda Masazır təmsilçisinin 2-ci komandasında oynayan forvard Azərbaycan 1-ci divizionun səviyyəsindən danışıb.
Əslən Masallı rayonundan olan gənc hücumçu hələ ki, Azərbaycan pasportuna sahib çıxmadığını deyib: “Xeyr, hələ ki, pasport almamışam. Azərbaycan 1-ci divizionun səviyyəsinə gəlincə, yaxşı komandalar var. Ümidvaram ki, hər şey məndə yaxşı alınacaq”.
