PSJ-nin müdafiəçisi Serxio Ramos yaxın günlərdə kollektivlə məşqlərə başlayacaq.
Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu sonuncu zədəsini də sağaldıb.
Paris klubuna keçdikdən sonra rəsmi oyunlarda debüt edə bilməyən Ramosun Fransa çempionatının 12-ci turu çərçivəsində “Lill”ə qarşı keçiriləcək görüşdə debüt edəcəyi gözlənilir.
