“Çelsi” Andreas Kristenseni komandada saxlamaq istəyir.
Sportal.az xəbər verir ki, bununla bağlı “zadəganlar” danimarkalıya yeni müqavilə təklif edib. Amma müqavilə şərtləri Kristenseni razı salmadığından o, hələ ki, müqavilə imzalamayıb.
25 yaşlı futbolçu yeni müqavilə təklifi onu razı salacağı təqdirdə, yeni müqavilə imzalayacağını bildirib.
