"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Almaniya kubokunun 2-ci təsnifat mərhələsinin "Borussiya" ( Münhenqladbax) ilə oyununda komandaya rəhbərlik edə bilməyəcək .
Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib. Alman mütəxəssis növbəti koronavirus testinin müsbət çıxdığını bildirib: "Təəssüf ki, Münhenqladbaxda olmayacağam. Mən hələ də ev karantindəyəm. Dünən testdən keçdim, bu da göstərdi ki, matçda iştirak edə bilməyəcəyəm".
"Bavariya" - "Borussiya" görüşü oktyabrın 27-də keçiriləcək.
