U-19-dan ilk qələbə, “Neftçi” məğlub oldu

21:00 - 29 Oktyabr 2021

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, turun oyunları Bakı İdman Sarayında baş tutub.

 

Tura “Xilə” – “Alyans” oyunu ilə start verilib. Üç qolun qeydə alındığı bu görüş xiləlilərin qələbəsiylə yekunlaşıb.

 

Günün digər oyunlarında “Neftçi” İK “Baku Fire” ilə, U-19 millimiz isə “Record”la qarşılaşıb. Bu görüşlər daha məhsuldar alınıb. “Neftçi” “Baku Fire” ilə oyundan məğlubiyyətlə ayrılıb. Əvvəlki oyunlarında məğlub olmuş U-19 yığmamız da bu dəfə ilk qələbəsini rəsmiləşdirib.

 

5-ci turun EKOL – “Araz” (Naxçıvan) oyunu noyabrın 9-da keçiriləcək.

 

Yüksək Liqa
5-ci tur

29 oktyabr

Xilə – Alyans (Lənkəran) 2:1
Hakimlər
: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Murad məmmədov.
Bakı İdman Sarayı. Saat 13:30.

 

Neftci İK – Baku Fire 3:5
Hakimlər
: Ziya Nəsirov, Etibar Həsənov, Mahir Məmmədov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 15:30.

 

U-19 – Record 9:8
Hakimlər
: Hikmət Qafarlı, Nail Nağıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 17:30.

 

Xal durumu: EKOL – 12, Araz – 12, Baku Fire – 9, Record – 6, Neftçi İK – 6, Xilə – 6, Alyans – 3, U-19 – 3.

Xəbər xətti