Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparan “Araz-Naxçıvan” bu gün qrupda son oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, təmsilçimiz Ukraynada keçiriləcək oyunda Kosovanın “Liqeni” komandası ilə qarşılaşacaq. Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
“Liqeni” (Kosovo) – Araz-Naxçıvan
31 oktyabr. İvano – Frankivsk. Saat 16:00
Hakimlər: Kristiano Joze Kardoso Santos (Portuqaliya), Josip Barton (Şimali Makedoniya), Ozan Soykan (Türkiyə)
Time keeper: Denis Kutsi (Ukrayna)
