"Qarabağ"ın rəqibindən məhsuldar heç-heçə

12:32 - 31 Oktyabr 2021

İsveçrə çempionatında 12-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Bazel” səfərdə “Sürix”lə qarşılaşıb. Matç 3:3 hesablı bərabərliklə başa çatıb.

 

“Bazel” 12 turdan sonra 26 xalla 10 kollektiv arasında liderdir.

 

Qeyd edək ki, “Qarabağ” “Bazel”lə Bakıda keçirdiyi oyundan qolsuz heç-heçə ilə ayrılıb. Bu komandalar arasındakı ikinci matç dekabrın 10-da İsveçrədə oynanılacaq.

Xəbər xətti