Yığmamızın sabiq üzvü meydanda oldu, komandası qələbə gördü

18:45 - 31 Oktyabr 2021

Rusiya 1-ci divizionunda 20-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” növbəti oyununu keçirib. Doğma meydanda “Nefteximik”lə qarşılaşan azərbaycanlı futbolçunun komandası 3:1 qalib gəlib.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. Əliyev Azərbaycanın U-20 yığmasına cəlb edilib.

 

Xəbər xətti