“Monako”nun yarımmüdafiəçisi Orelyen Çuameni qışda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, “Çelsi” və “Yuventus” klubları futbolçunu transfer etmək niyyətindədi. Çuameni artıq hər 2 klubla ilkin danışıqlara da başlayıb.
21 yaşlı futbolçunu transfer etmək istəyən klub 40 milyon avro ödəməli olacaq. 2000-ci il təvəllüdlü futbolçu bu ildən Fransa millisinə dəvət alır. O, “Bordo” yetirməsidi.
