"Feyenoord"un futbolçusu: "Qardaşım Azərbaycan millisində oynamaq istəyir, hələ ki, qərar verməyib"

19:22 - 1 Noyabr 2021

Türkiyə millisinin futbolçusu Orkun Kökçü böyük qardaşı Özancan Kökçü barədə danışıb.

Sportal.az xəbər verir ki, “Feyenoord”un futbolçusu Özanın Azərbaycanın əsas millisində oynamaq haqda qərar verməyə tələsmədiyini deyib:

“Qardaşım Azərbaycanın U-21 yığmasında oynayıb. Ancaq indi oynamıram orada. Azərbaycanın “Sabah” klubunda oynayıb. Həmin vaxtı U-21 yığmasına cəlb edilmişdi. Ona dərhal pasport verdilər. O, həm də Azərbaycan vətəndaşıdı. Azərbaycanın əsas millisində oynamaq istəyir. Sadəcə hələ ki, qərar verməyib. Çünki Türkiyə millisindən dəvət ola biləcəyini ehtimal edir”.

Xəbər xətti