"Napoli" İtaliya A Seriyasının 11-ci turunda "Salernitana"nı məğlub etməklə liderliyini qoruyub.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisinin 2:1 hesablı qələbəsi mövsüm ərzində çempionatdakı 11 oyunun 10-cu qələbəsi olub.
“Napoli” tarixində 2-ci dəfə ilk 11 oyunun 10-da qələbə qazanıb.
Komanda daha əvvəl 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.
