"Qalatasaray" futbolçusu Taylan Antalyalı ilə yeni müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb.
Türkiyə millisinin də formasını geyinən oyunçu İstanbul klubuna 2019-cu ildə "Erzurumspor"dan keçib.
