Klubunda zədəli bilinən kapitan milli komandaya dəvət aldı

21:59 - 1 Noyabr 2021

Uels milli komandasının DÇ-2022-nin seçmə mərhələsinin Belarus və Belçika ilə oyunları üçün heyəti açıqlayıb.

Sportal.az xəbər verir ki, baş məşqçi Robert Peyc 28 nəfərlik heyətə Qaret Beyli də çağırıb.

Zədə səbəbindən “Real”ın heyətində məşq etməyən Beylin milliyə cəlb edilməsi təəccüblə qarşılanıb. Amma Uels mətbuatı Beylin zədəsini sağaltdığını qeyd edib.

Xəbər xətti