“Oyuna pis başlamışdıq, yaxşı şanslarımız var idi. Ancaq epizodlarımızı dəyərləndirə bilmədik. Meydana yaxşı nəticə qazanmaq üçün çıxmışdıq. Əfsuslar ki, alınmadı”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Adil Nağıyev deyib. “Səbail”in aparıcı futbolçusu Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı oynanılan oyun barədə danışıb. O, komandasının 0:2 hesablı məğlubiyyəti şərh edib:
“Əslində, “Qarabağ” qələbəsindən sonra heç nə dəyişməmişdi. Ciddi hazırlaşmışdıq. Sadəcə futboldu da alınmadı. Sadəcə hakimin kobud səhvləri də belə duruma gətirib çıxardı. Hər kəs hər şeyi gördü də, nə deyək? Sumqayıta 3 xal üçün getmişdik. Sadəcə dediyim kimi şanslardan istifadə edə bilmədik.
Açıq-aşkar penaltimiz verilmədi. Halbuki oyundankənar vəziyyət yox idi, hakim belə qərar verdi. Başqa cür olacaqdı. Artıq hər şey geridə qaldı, növbəti matça hazırlaşmalıyıq”.
“Növbəti tura hazırlaşacağıq. İtkilərimiz də var. Öz meydanımızda oynayacağıq. “Qəbələ” yaxşı komandadı. Onlar da son turda uduzub. Çətin və maraqlı oyun olacaq. Yaxşı mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik. Maddi məsələr isə qaydasına düşür. Problemlərimiz yavaş-yavaş düzəlir” - deyə, Nağıyev fikirlərini yekunlaşdırıb.
