0:8 uduzan komanda meydanı tərk etdi, oyun yarımçıq qaldı - AZƏRBAYCANDA

14:49 - 2 Noyabr 2021

Regio Liqasında 1-ci turun son oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, paytaxt və şimal zonasında "Şahdağ Quba" öz meydanında "İrəvan"ı qəbul edib.

 

Bu qarşılaşma yarımçıq dayandırılıb. Hesab 8:0 Quba təmsilçisinin xeyrinə olarkən "İrəvan" komandası meydanı tərk edib. Hadisə 58-ci dəqiqədə baş verib.

Xəbər xətti