“Keçiörəngücü”ndə çıxış edən Vüsal İsgəndərli Türkiyədəki oyunu ilə bir çox klubların diqqətini çəkib.
Sportal.az saytının məlumatına görə, yarımmüdafiəçi elə 1-ci divizionda çıxış edən “Ankaragücü”nün maraq dairəsinə düşüb.
Belə ki, İsgəndərli Ankaranın digər təmsilçisinin transfer siyahısında yer alıb. Amma millimizin futbolçusunun “Keçiörəngücü”ndə qalıb-qalmayacağı yayda bəlli olacaq.
