Daha bir futbolçumuz Polşada oynamağa yaxındı.
Sportal.az saytına açıqlama verən "Keşlə" və "Səbail"in sabiq qapıçısı Şahin Zəkiyev Avropaya yollanmağa hazırlaşdığını bildirib.
Onun sözlərinə görə, hələ bir müddət əvvəl Polşaya gedə bilərmiş, sadəcə koronavirusa yoluxması gedişinə mane olub:
"Əslində Polşaya çoxdan yollanmalıydım. Sadəcə uçuşa 1 gün qalmış verdiyim koronavirus testi pozitiv çıxdı. Ona görə də yollana bilmədim. Noyabrın 7-də Polşada olmalıyam, bilet də almışam. Təbii ki, koronavirus testim pozitiv çıxmasa Polşaya uçacam.
Hansı komanda ilə müqavilə imzalayacağımı demək istəmirəm. Düşərgədə olanda hamı biləcək. Polşa klubundan da dedilər ki, “gəl, səni gözləyirik”. Həmin ölkədə karyeramın uğurlu alınmasına çalışacam. Gələcəkdə necə olacağını isə zaman göstərəcək”.
